Avrokuboklardakı təmsilçilərimizdən 3-ü mübarizəni davam etdirir.
“Football-plus.az” xəbər verir ki, “Qarabağ” Avropa Liqasının, “Sabah” və “Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində çıxış edəcək. Lakin hər üç klubumuzun ilk qarşılaşması Bakıda keçiriləcək.
Məsələ ilə bağlı suallarımızı AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladıq. Onun “football-plus.az”a açıqlaması belə oldu: