Məşqçi idi, şərhçi olacaq...

4.08.2023 12:37 233
İdman
MBA klublarından “Filadelfiya 76”nın sabiq baş məşqçisi Dok Rivers yeni mövsümdən ESPN telekanalında şərhçi olacaq.

"Football-plus.az" xəbər verir ki, o, Doris Berk və Mayk Brin ilə birgə çalışacaq. Tərəflər hələ müqavilə bağlamasalar da, anlaşmağa yaxındılar.

61 yaşlı Rivers 2022/23 mövsümü başa çatandan sonra “Filadelfiya”nı tərk edib. Mütəxəssis əvvəllər “Klippers”, “Boston” və “Orlando”nu da çalışdırıb. Son mövsümdə Şərq konfransında 3-cü yeri tutan “Filadelfiya” pley-offun ilk mərhələsində “Bruklin”i sıradan çıxarsa (4:0) da, 2-ci mərhələdə “Boston”a uduzub (3:4).