"Football-plus.az" xəbər verir ki, Pemyer Liqada çıxış edəcək əyalət təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb.
Tibbi müayinədən keçən 29 yaşlı dayaq yarımmüdafiəçisi ilə imzalanan müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
1.80 sm boya malik futbolçunun sonuncu klubu Odessa “Çernomorets”i olub. Vanderson vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.
Vanderson müqavilə imzaladıqdan sonra təəssüratlarını arazpfk.com-la bölüşüb:
“İlk dəfədir ki, Azərbaycanda oluram. Burda çoxlu həmyerlilərim çıxış edir. Biz də “Araz Naxçıvan”a uğur qazandırmaq üçün gəlmişik. Nəticələrimizin yaxşı olması üçün çalışacağıq. Dəvət etdiklərinə və kluba keçidimə köməklik göstərdiyinə görə, rəhbərliyə və menecerimə təşəkkür edirəm”.






