Bu gün "Qarabağ"ın potensial rəqibi bəlli olacaq

1.08.2023 10:00 264
Manşet / Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

"Qarabağ" (Azərbaycan) / "Rakuv" (Polşa) cütünün III raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə Kipr "Aris"i bu dəfə Macarıstanda üz-üzə gələcəklər. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Limasoldakı ilk oyunda meydan sahibləri rəqibini darmadağın edib - 6:2.

Çempionlar Liqası
2-ci əsnifat mərhələsi, cavab oyunları
1 avqust


21.30. "Panatinaikos" (Yunanıstan) - "Dnepr-1" (Ukrayna)
İlk oyun - 3:1

22.00. "Olimpiya" (Sloveniya) - "Luduqorets" (Bolqarıstan)
İlk oyun - 1:1

22.00. BATE (Belarus) - "Aris" (Kipr)
İlk oyun - 2:6

22.00. "Slovan" (Slovakiya) - "Zrinski" (Bosniya və Herseqovina)
İlk oyun - 1:0

Qeyd edək ki, bu mərhələnin digər 8 cavab qarşılaşması avqustun 2-də keçiriləcək.