17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 8-dən 18-dək Bakıda təlim-məşq toplanışı olacaq.
"Football-plus.az" xəbər verir ki, millimiz hazırlıq çərçivəsində avqustun 15-də və 18-də Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Qeyd olunan oyunlara hazırlıq məqsədilə avqustun 1-dən 7-dək millimizin gündəlik məşqləri təşkil olunacaq. Gündəlik məşqlərdən sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək.