Millimizin rəqibləri bəlli oldu

28.07.2023 12:16 227
Yığma
Belarusun paytaxtı Minskdə təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri və görüşlərin təqvimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, U-19 Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan olan yaşıdları ilə qarşılaşacaq.

7 avqust, saat 20.30

Azərbaycan – Belarus

8 avqust, saat 17.30

Qırğızıstan – Azərbaycan

9 avqust, saat 17.30

Azərbaycan – Özbəkistan

11 avqust, saat 17.30

Rusiya – Azərbaycan

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.