“Qarabağ” hesabı 0:2-dən 2:2-yə çevirəndən sonra qələbə topunu vuracağını da gözləyirdik, ancaq “Rakuv” 1-ci uzatma dəqiqəsində 3-cü dəfə ağdamlıların qapısına yol tapdı.
Bəs səfərdəki 2:3 hesablı məğlubiyyət cavab görüşü ərəfəsində nə vəd edir?
“Football-plus.az” xəbər verir ki, “Qarabağ”ın zəngin avrokubok tarixçəsində yalnız bir belə hal olub, özü də yaxın keçmişdə. 2019-cu ildə ÇL-də iki mərhələ adlayandan sonra APOEL səddinə ilişən “Qarabağ” Avropa Liqasının pley-offunda oynamalı oldu. Avqustun 22-də Şimali İrlandiyada keçirilən səfər oyunu “Linfild”in 3:2 hesablı qələbəsiylə bitdi. Evdə qalib gələn (2:1) ağdamlılar onda turnirin qrup mərhələsinə vəsiqə qazandı. İş ondadı ki, indi 2:1 də uğura təminat vermir.
“Qarabağ” mütləq iki top fərqi ilə qələbə qazanmalı və ya 2:3-ün əvəzini çıxıb oyunu penalti seriyasına daşımalıdı. Amma kimlə - Şahruddin Məhəmmədəliyevlə?!
ORXAN