Matçla bağlı bölgə təmsilçisinin sabiq futbolçusu, hazırda Latviya "Liepaya"sında çıxış edən Dodo ilə əlaqə saxladıq. 2011-16-cı illərdə "Qəbələ"nin şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi "Football-plus.az"a açıqlamasında bunları dedi:
"Futbolda hər şey ola bilər. Amma mən bu oyunda "Qəbələ"dən qələbə gözləyirəm. Sabiq komandamın yanındayam. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazana biləcəklər. Çalışacam ki, bu gün doğma komandamın matçını izləyim".
Qeyd edək ki, "Qəbələ" - "Omoniya" qarşılaşması bu gün, saat 20.00-da start götürəcək.
CAVİD ƏLİYEV



