İyulun 27-də Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qəbələ” Kiprin “Omoniya” klubunu qəbul edəcək.
"Football-plus.az" xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Omoniya” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - iyulun 26-da arenanın media zalında təşkil olunacaq.
İlk olaraq saat 18.00-da jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev çıxacaq. Saat 19:00-da isə “Omoniya”nın baş məşqçisi Sofronios Avqusti media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların ilk 15 dəqiqəsi açıq olan oyunöncəsi son məşqi də Qəbələ şəhər stadionunda baş tutacaq. “Qırmızı-qaralar” saat 18.30-da, qonaqlar isə 20.00-da məşqə çıxacaq.