“Sabah”ın Rusiyadan olan məşqçilər korpusunun Latviyaya daxil olmasıyla bağlı müəmmalı durum xoş sonluqla bitib. “Football-plus.az” xəbər verir ki, bir neçə dəqiqə əvvəl klubun mətbuat katibi Elnur Həmidovla əlaqə saxladıqda komandanın Yurmalada Murad Musayevin rəhbərliyi altında məşqə çıxdığını öyrəndik. Hazırda oyunun başqa şəhərdə və ya başqa ölkədə keçirilməsi ilə bağlı hansısa variant müzakirə olunmur. Yeri gəlmişkən, Latviya mediasında adı çəkilən iki futbolçudan Camal Cəfərovun adı, ümumiyyətlə, iştirak ərizəsinə salınmayıb, Rüstəm Samiqullin də Azərbaycan vətəndaşıdı.