“Kulaç bizdə heç kimə lazım olmadı, indi də Azərbaycandadı”

24.07.2023 15:17
Aktual
Bildyininiz kimi, Ukrayna çempionatının son mövsümünün bombardiri Artyom Dovbik oldu.

“Football-plus.az” xəbər verir ki, “Dnepr-1”in hücumçusu mövsüm ərzində 24 qol vurmaqla hamını qabaqlayıb.

Onun mövsümlərarası dövrdə Avropa klublarından birinə transfer olunacağı gözlənilsə də, hələ ki bu yöndə yenilik yoxdu. Ukraynalı futbol ekspertləri Dovbikin taleyini fəal şəkildə müzakirəyə çıxarırlar. Belələrindən biri də Viktor Leonenkodu. O, Dovbiklə bağlı danışarkən Azərbaycanın da adını çəkib:

“Dovbikə yalnız bir məsləhətim var – it-bat olmasın! Bizdə vaxtilə belə bir bombardir də var idi – Vladislav Kulaç. Ancaq elə oynadı ki, heç kimə lazım olmadı, indi də Azərbaycandadı”.


1993 doğumlu Kulaç 15 qolla, doğrudan da, Ukrayna çempionatının 2020/21 mövsümünün bombardiri olub. 2022/23 mövsümünün qış fasiləsində “Zirə”yə keçib.