Mahir keçmiş komandasının ən yaxşı bombardiri oldu

25.05.2022 23:32 583
Ölkə futbolu / Dünya futbolu
Zaqreb "Dinamo"su ilə Xorvatiya çempionu olan Mahir Emreli bu mövsüm Polşanın "Legiya" klubunda da ən yaxşı bombardir olması ilə diqqət çəkib.

"Football-plus.az" xəbər verir ki, 24 yaşlı hücumçu qış fasiləsində Varşava təmsilçisindən ayrılmasına baxmayaraq, klubun bu mövsümün ərzində ən qol vuran futbolçusudur. O, 2021/2022 mövsümünün ilk yarısında 11 qol və 1 qol ötürməsi ilə yadda qalıb.

Millimizin üzvünün ən yaxın izləyicisi 10 qolla çexiyalı Tomaş Pekhart olub.

Emreli bu ilin fevralında "Dinamo" ilə 4.5 illik müqavilə imzalayıb.