Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin Gürcüstan yığmasına qarşı yarımfinal görüşü baş tutub.
"Football-plus.az" xəbər verir ki, U-16 qız yığmamız yarımfinal oyununda hesabda geri düşməsinə baxmayaraq, sonuncu dövrədə geri dönüş edərək yekunda Gürcüstan yığmasına 74-72 hesabı ilə qalib gəlib. Keçirdiyi bütün oyunları qalib tamamlamış U-16 qız millimiz, Avropa çempionatının finalına vəsiqə qazanıb. Finalda millimizin rəqibi Andorra seçməsi olacaq. Oyun 23 iyul Bakı vaxtı ilə saat 21.30 -da baş tutacaq və FIBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq.