“Qarabağ” keçilməz rəqib deyil”

22.07.2023 16:55 278
Çempionlar Liqası
“Qarabağ” keçilməz rəqib deyil. Amma bunun üçün onlara qarşı yüksək səviyyədə oynamalıyıq”.

"Football-plus.az" xəbər verir ki, bunu Polşanın “Rakuv” klubunun futbolçusu Marçin Çebula Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında Azərbaycan çempionunu tanıdıqlarını söyləyib:

“Qışda “Qarabağ”la yoxlama görüşü keçirmişdik. Onların necə komanda olduqlarını az-çox bilirik. Biz də Polşa çempionuyuq. Azərbaycan komandası əlçatmaz deyil. Bu matçlarda meydana kim çıxır-çıxsın, sona qədər mübarizə aparacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk oyun iyulun 26-da Çenstoxovada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.