• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Birinci liqa klubları PFL-in qərarına qarşı çıxdı

1-ci liqa / Manşet

21-07-2023, 18:0

İki gün öncə PFL yeni qərarları açıqladı.

Onların arasında gözlənilməz olanı da var. Söhbət premyer-liqa, 1-ci liqa və əvəzedicilərin çempionatında 2-ci və 3-cü yerləri tutan komandaların medallarla təltif olunmamasından gedir. Bununla bağlı adı çəkilən çempionatın iştirakçılarının rəsmilərinin reaksiyasını öyrəndik.

Elnur Həmidov ("Sabah"ın mətbuat katibi):

"Bu, yarışı təşkil edən qurumun qərarıdı. Çox güman, belə uyğun görülüb. Medalın verilib-verilməməsinin klubumuzun hədəflərinə heç bir təsiri ola bilməz".

Elmar Abdullazadə ("Zirə"nin mətbuat katibi):
"Qərar PFL tərəfindən verilib. Buna da hörmətlə yanaşırıq. Medal rəmzidi, əsas məqsəd ilk “üçlük”də yer almaq və ya avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaqdı".

Qəzənfər Abbasov (MOİK-in baş məşqçisi):
"Fikrimcə, 2-ci və 3-cü yerlər uğrunda mübarizə aparan komandalara medallar təqdim olunmalıdı. Çünki futbolçuların motivasiyası üçün zəruri idi. Məsələn, ötən mövsümə baxaq. "Araz-Naxçıvan" ən yaxın izləyicicilərindən 10-15 xal öndə idi. Amma qalan komandalar ən azı gümüş və bürünc medallar üçün döyüşürdü. Bu üzdən 2-3-cü yerlərin sahiblərinin mükafatlandırılması daha yaxşı olardı. Bu qərara görə 1-ci liqada intriqanın öləcəyini düşünürəm".

Rüstəm Məmmədov ("Zaqatala"nın baş məşqçis):
"Hər halda, mükafatlandırma baş tutanda futbolçulara daha xoş olur. Tarixə həkk olunması baxımından da vacibdi. Biz mükafatlandırmaya öyrəşmişdik. Amma ümumilikdə ən şirin və vacibi 1-ci olmaqdı. Yəni 2-3-cü yerlərə görə medalların verilib-verilməməsi bizə o qədər də təsir etməyəcək. PFL-in qərarına da hörmətlə yanaşırıq".

Xaliq Mərdanov ("Kəpəz-2"nin baş məşqçisi):
"2-3-cü yerləri tutan komandaların medallarla təltif olunması nüfuz məsələsi idi. Ən azı gənc oyunçuların həvəsləndirilməsi baxımından yaxşı idi. Amma qərar verilibsə, edəcək nəsə yoxdu. Bizə də bununla barışmaq qalır".

Rəşad Məmmədov ("Səbail"in mətbuat katibi):
"PFL-in təşkilatçılığı ilə keçirilən turnirlərin iştirakçısı kimi qərarların müzakirəsindən daha çox icrasına vaxt ayırmağı məqbul sayırıq. Konkret qeyd etdiyiniz məsələyə gəlincə, burda hansısa qeyri-adi yenilik yoxdu. Beynəlxalq təcrübəyə əsaslanan qərardı. Aparıcı futbol ölkələrinin əksəriyyətində yalnız çempion komandalar mükafatlandırılır".

Süleyman Tağıyev ("Turan Tovuz"un sözçüsü):
"PFL-in verdiyi qərara hörmətlə yanaşırıq. Dünyanın əksər futbol çempionatlarında da bu ənənə var".

Aqşin Mürsəlov ("İmişli"nin İdarə Heyətinin sədri):
"PFL-in yeni qərarıyla tanışıq. Görünür, qurumun maliyyə sıxıntısı var. Qərara hörmət edirik. Ümumiyyətlə, PFL-in qərarlarını təqdirəlayiq sayırıq. İdman prinsiblərini qorudular, yeni liqalar yaratdılar. Düşünürəm ki, bunların bəhrəsini qısa zamanda görəcəyik".

Azər Həşimov ("Qaradağ Lökbatan"ın baş məşqçisi):
"Qərarı PFL veribsə, hamımız hörmətlə yanaşmalıyıq. Dərindən götürsək, 2-3-cü yerləri tutan komandalara medalların verilib-verilməyəcəyinin ciddi fərqi yoxdu. Əsas olan qurumun ölkə və uşaq futboluna yetərincə dəstək verməsidi. Medal parçasından çox istedadlı uşaqları, yeniyetmələri üzə çıxarmaq lazımdı".

Zaur Həşimov ("Zirə-2"nin baş məşqçisi):
"Çoxları qeyd edir ki, bu praktika top-liqalarda da var. Biz də peşəkarlaşmaq üçün bu addımı atdıq. İngiltərə, Almaniya və başqa top-liqa ölkələrindən nümunə götürürüksə, öncəliklə onların infrastrukturları, stadionları, akademiyalarını və sair örnək götürməliyik. Son qərar elita təmsilçilərinə, demək olar, təsir etməyəcək. Amma əvəzedicilərin çempionatına təsiri olacaq. Çünki həmin liqada gənc futbolçular çoxluq təşkil edir və onları motivasiya etmək, inkişafına təkan vermək üçün gümüş və bütünc müdallarla təltif etmək vacib məsələlərdən idi. Yəni rəmzi olsa da, mükafatlandırma olmalıydı".

Yusif Hüseynov ("Şamaxı"nın mətbuat katibi):
“PFL-in qərarına hörmətlə yanaşırıq. Püşkatmada əsaslandırdılar ki, digər ölkələrdə də bu təcrübədən istifadə olunur. Əsas odu ki, ikinci və üçüncü yerlər klubun tarixində qeyd olunacaq və Azərbaycan çempionatlarında hesablanacaq”.

Ruslan Həmidov ("Mingəçevir"in Müşahidə Şurasının sədri):
"İstər yaxşı olsun, istərsə də pis, bu PFL-in qərarıdı. Biz də həmin qərara uyğunlaşmalıyıq".

Azad Mustafayev ("Kəpəz"in mətbuat katibi):
"Bütün hallarda çempionatı təşkil edən PFL-di. Odu ki, qurum hansı qərarı qəbul edibsə, biz də hörmətlə yanaşırıq".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

16-12-2022, 18:0

Premyer-liqa klubları millinin baş məşqçisinin ideyasına isti yanaşmır

Ölkə futbolu

18-07-2023, 16:0

"İkinci və üçüncü yeri tutan komandalara medallar verilməyəcək" - Elgiz Abbasov

Premyer-liqa / Manşet

14-05-2023, 10:0

Premyer-liqa klubunun rəsmisi: “Rəhbərlik daim qadın futbolçularımıza qayğı göstərib”

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə