• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Böyük bir motivasiya ilə davam edəcəyik”

Manşet / Çempionlar Liqası

19-07-2023, 23:0

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda “Linkoln Red İmps”i qəbul edib - 4:0.

“Football-plus.az” xəbər verir ki, matçdan sonra ağdamlıların prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:

“Səfərdə oyunumuz çox ağır alınmışdı. Mən özüm də orda idim. Hava şəraiti, meydançanın vəziyyəti... Orada futbolçuların nə qədər səy göstərdiklərini gördüm. Son dəqiqələrdə vurduğumuz qol olmasaydı, çox üzülərək qayıdacaqdım. Bu gün öz evimizdə çox gözəl və sərin havada Azərbaycan xalqı gözəl futbola doydu. Möhtəşəm oyuna tamaşa etdik. Bəhlulun vurduğu qol Avropa futbolu səviyyəsində idi. Yerli futbolçunun belə qol vurması mənə ləzzət verir. Böyük bir motivasiya ilə davam edəcəyik”.


- Növbəti rəqib "Rakuv"du. Bu barədə nə deyə bilərsiniz?
- Bu günə qədər polşalılarla üç dəfə oynamışıq və hər birində qalib gəlmişik. Artıq Avropada zəif klub yoxdu. Qitədə 1000-dən çox klub var. "Rakuv" güclü rəqibdi. Polşa mətbuatı yazır ki, "Qarabağ" kabusu qayıdır. Mən də orada olacam. "Rakuv" atletik cəhətdən güclü komandadı. Bu əzmlə oradan qələbə ilə dönməyi fikirləşirik.

- Qış hazırlıq dönəmində "Qarabağ" "Rakuv"a uduzub. Revanş hissi var?
- Hər oyun yenidi. Biz Polşaya qələbə qazanmaq üçün gedəcəyik. Məncə, bu, kifayət edər.

- Yeni transferlər gözlənilir?
- Bu qısa müddətdə transfer fikri yoxdu. Transfer çox ağır bir prosesdi. Komandadan gedən olsa, yerini dolduracağıq. "Rizespor" Kevin Medinanı istəyir. Medina getsə, onun yerinə oyunçu axtaracağıq. Amma hələ bu gün heç nə bilinmir. Biz də bilmirik. Hazırkı komandamız mükəmməldi.

- Çempionluq yarışında əsas rəqibiniz olan "Sabah" heyətini gücləndirir. Bu haqda nə deyə bilərsiniz?
- Bu, bizi sevindirir. Yerli klubların güclü olması bizi Avropaya daha yaxşı hazırlayır. Yarışa hazırıq. Onların qarşısında daha güclü "Qarabağ" var.

- Avrokuboklarda komandanın qarşısına hansı hədəf qoyulub?
- İnşallah dörd mərhələni də keçib Çempionlar Liqasının qrupuna gedəcəyik. Buna hazırıq.

- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu, tanınmış futbolçular transfer edirlər. "Qarabağ" ulduz futbolçu transferi ilə onlara cavab verə bilər?
- Xeyr. Bizim "Qarabağ"da yaratdığımız birlik, bərabərlik ruhunu sözlərlə təsvir etmək mümkün deyil. Klubun prezidentindən, Qurban Qurbanovdan klubun adi işçisinə kimi hamının arasında birlik var. Məncə, bunu təkrar etmək çox çətindi. "Neftçi" də, "Sabah" da özümüzünküdü. Çətin mübarizə Avropa oyunları üçün bizə çox faydalıdı.

- Akademiya ilə bağlı yenilik var?
- Bununla bağlı dövlətə müraciət etmişik, yer istəyirik. Bir klubun uzunmüddətli uğuru akademiyadan keçir. "Qarabağ" önümüzdəki 5-6 ildə akademiya üçün investisiya etməlidi. Bunun üçün bizə torpaq lazımdı. Dövlətdən xahiş etmişik. Qaraçuxurda, Suraxanıda torpaq istəyirik. Bu barədə bizə müsbət siqnallar gəlir. Artıq dövlət bizə kömək etmək istəyir. Torpaq ayrılanın səhərisi günü işlərə başlayacağıq.

- Yaxın gələcəkdə gözlənilir?
- Bu, torpağın verilməsindən asılıdı. Artıq büdcəmiz də hazırdı. Bu gün ölkəmiz, "Qarabağ" üçün akademiya bir futbolçu transferindən daha önəmlidi.

- Dövlət torpaq verməsə, başqa yerdən ala bilmirsiniz?
- Şəhərdən çox kənara gedəndə futbolçuların, klubun birlik-bərabərliyi pozulur. Uzağa gedib-gəlmək çətin olur, motivasiya qırılır. "Azərsun" bir ərazisi var, orada külək çoxdu. Ab-havanı, şəraiti yaratmaq üçün akademiya gərək şəhərin içində olsun. Məsafə önəmlidi. Bu gün Bakıda boş ərazi tapmaq çox çətindi. Qaraçuxurda və Suraxanıda yer tapmışıq. Suraxanı ərazisi akademiya üçün kifayət etmir. Qaraçuxurda kifayət qədər yer var. O, alınsa, çox gözəl olacaq.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

18-07-2023, 23:0

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Avropa Liqası

4-11-2022, 00:0

"Arzum Konfrans Liqasında finala yüksəlməkdi" - Tahir Gözəl

Çempionlar Liqası

17-08-2022, 23:0

"Son zamanlar məsələni səfərdə həll etmək "Qarabağ"da ənənəyə çevrilib" - Tahir Gözəl

Aktual / Çempionlar Liqası

18-07-2023, 13:0

“Qarabağ”ın “Linkoln Red İmps”lə oyununa nə qədər bilet satılıb?

Manşet / Müsahibə

10-08-2022, 08:0

Tahir Gözəl: "Hazırkı "Qarabağ" tarixinin ən güclüsüdü" - MÜSAHİBƏ

Aktual
“Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
“Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
"Hapoel" “Sabah”a rəqib oldu
“Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
“Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
Son xəbərlər
  • Bu gün, 00:57
    PSJ ardıcıl ikinci dəfə Avropa Superkubokunu qazandı
  • Dünən, 23:24
    Bundan sonra İtaliyada oynayacaq
  • Dünən, 22:41
    Dortmundu tərk etdi
  • Dünən, 22:00
    “Qarabağ” erkən qol vursa, oyuna nəzarəti ələ alacaq” – ağdamlılar nədən ehtiyatlanmalıdı?
  • Dünən, 21:17
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 20:47
    Dünya çempionu ağır zədələndi
  • Dünən, 20:14
    "Sabah" insidentlə bağlı bəyanat yaydı
  • Dünən, 19:45
    Fransadan Almaniyaya yollandı
  • Dünən, 19:16
    ''Beşiktaş''ın sabiq üzvü özünə yeni klub tapdı
  • Dünən, 18:45
    "Şəfa" braziliyalı hücumçu aldı
  • Dünən, 18:13
    “Turan Tovuz” eyforiyadadı?
  • Dünən, 17:34
    “Qələbə qazanmağı düşünürük” - yeganə qolun müəllifi danışdı
  • Dünən, 17:32
    “Meydanda böyük qarşıdurma olacaq” - İqor Kostyuk
  • Dünən, 17:05
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 16:34
    Fransa çempionu yeni qapıçı aldı
  • Dünən, 16:03
    Litvalıların baş məşqçisi ''Beşiktaş''ı ''Çikaqo Bulls''a bənzətdi
  • Dünən, 15:28
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 14:47
    Qurban Qurbanova təklif - bu dəfə Koxalski yox, Zlomisliç oynasın!
  • Dünən, 14:14
    “İllər məni səbrə salmayıb, səbirdən çıxarıb” – Qurban Qurbanov
  • Dünən, 13:40
    "Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı
  • Dünən, 13:08
    ''Fənərbaxça'' problem yaşamadan pley-offa yüksəldi
  • Dünən, 12:37
    Serbiyalı ulduz ''Beşiktaş'' üçün Türkiyəyə gəlir!
  • Dünən, 12:21
    “Dinamo” Bakıya 25 futbolçu ilə gəldi - ADLAR
  • Dünən, 11:22
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 10:51
    Tanınmış məşqçinin anası dünyasını dəyişdi
  • Dünən, 10:20
    Milandan Turinə yollana bilər
  • Dünən, 09:59
    Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
  • Dünən, 00:08
    “Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək – Rumıniyada...
  • 11-08-2026, 23:0
    Diqqət, diqqət: “Turan Tovuz” elektron bilet sisteminə keçdi!
  • 11-08-2026, 23:0
    "Hapoel" “Sabah”a rəqib oldu
  • 11-08-2026, 23:0
    “Kimsə mənim hansısa məkanda nəsə qeyd etdiyimi görüb?” – Dambrauskas jurnalistlərə sual verdi
  • 11-08-2026, 22:0
    “Öz səhvlərimiz üzündən uduzduq” – “Orhus”un baş məşqçisi kürəyini yerə vurmadı
  • 11-08-2026, 22:0
    Ramiz Məmmədov keçmiş komandasını darmadağın etdi
  • 11-08-2026, 21:0
    "Sabah" ÇL-nin pley-off mərhələsində! - YENİLƏNİB
  • 11-08-2026, 21:0
    Parisdən Madridə yollandı
Daha çox
Oxunub: 327
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 282
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 104
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 104
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə