• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"İstənilən rəqibə qarşı çox güc sərf edirik"

Manşet / Çempionlar Liqası

19-07-2023, 22:0

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda "Linkoln Red İmps"i qəbul edib - 4:0.


"Football-plus.az" xəbər verir ki, matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Futbolçularımı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, rəqib uduzmaq istəmirdi. Sona qədər futbolçularım çox güc sərf etdilər. Şükürlər olsun ki, yaxşı qələbə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Gözəl atmosfer yaratmışdılar".


- Kevin Medianın ehtiyatda qalması onun gedişi ilə əlaqədardı?
- Getməsi ilə bağlı əminliklə məlumat yoxdu. Amma müəyyən səbəblər var idi. Ona görə əsas heyətdə oynatmadıq. Lakin ciddi maraqlanırlar. Fikir var, amma bu gün, sabah bizimlədi hələ ki. Düşünürəm ki, hər şey qaydasında olacaq.

- "Linkoln" o səviyyədə komanda deyildi. "Rakuv"la oyunöncəsi komandanı tam sınaya bildiz?
- Həmişə hər bir rəqibə ciddi yanaşırıq, hər rəqibin bizə yaşatdığı çətinliklər var. Hər zəif düşündüyümüz komanda bir cür müdafiə olunur. İstənilən rəqibə qarşı çox güc sərf edirik. "Linkoln"u məğlub etmək heç də asan olmadı, nə səfərdə, nə burda. "Rakuv"a qarşı oyunumuzda mütləq dəyişiklik olmalıdı. Çünki onlar başqa sistemdə oynayırlar, daha bərk komandadı. Bunları nəzərə alırıq. Amma öz proqramımızdan əl çəkmirik. "Rakuv" çox ciddi rəqibdi. Polşa futbolundan bir az sanki fərqli oynayırlar. Sistemləri, fəlsəfələri fərqlidi. Neçə illərdi ki, aşağı liqadan hazırlanmış, klub olaraq böyüyüb az zamanda Polşa çempionu olmaq çox böyük uğurdu. Biz bu komanda ilə Türkiyədə də qarşılaşmışıq və məğlub olmuşduq. Qarşıda bizim 5-6 günümüz olacaq ki, onları yaxından tanıyaq. İnanıram ki, futbolçularım komandanı tam dərk edəcəklər və bu oyuna başda mən olmaqla hamımız yaxşı hazırlıq keçəcəyik.

- Bəhlul Mustafazadə ilk yarıda hücuma meyillənirdi. Bu, sizin tapşırığınız idi, yoxsa rəqibdən asılı olaraq hücuma atılırdı?
- Bəhlul standart vəziyyətlərdən sonra cərimə meydançasında görünürdü. Hücumların başlamasına gəlincə, o tərəfdə boş zona olurdu deyə, irəli gedirdi. Ən üstün keyfiyyətlərindən biri odu ki, standart vəziyyətlərdə düzgün mövqe seçə bilər. Ona hansı mövqedə olması tapşırılır. Desəm ki, hücuma get demişdim, yox. Amma hücumlara daha tez başlamaq tapşırılığı verilmişdi.

- "Qarabağ"la çatmaq istədiyiniz ən böyük arzunuz nədi?
- Desəm ki, hansısa həddə çatmaq, böyük uğur əldə etmək istəyirəm, yanlış olar. Amma həmişə istəmişəm ki, mübariz komanda, yaxşı, gözəl kollektiv olsun. Dəfələrlə demişəm ki, Azərbaycan futbolunda bu komandanın adı tam fərqlənir. Məncə, əlavə açıqlamaya ehtiyac yoxdu. Bir istəyim və məsuliyyətim olub ki, nə qədər güc sərf etmək lazımdısa, edəcəm ki, "Qarabağ"ın uğurları olsun. Həm daxili, həm də xarici oyunlarda. Hər il yeni uğur əldə etmək, bir pillə irəli getmək arzumuzdu, daim çalışrııq. Buna nə dərəcədə nail oluruq, oyunlardan görürsüz.

- Azarkeş təzyiqinin neqativ və pozitiv tərəfləri hansılardı?
- Çox istəyərdim ki, həmişə pozitiv reaksiyalar olsun. İnanın ki, futbolçular normal insandılar, həddən artıq böyük məsuliyyətin altına girirlər. Çünki milyonlarla azərbaycanlı onlardan böyük uğurlar gözləyir. Azarkeşlər əmin olsunlar ki, bu futbolçular Azərbaycan idmanı, futbolu, "Qarabağ" üçün bacardıqlarından artığını etməyə çalışırlar. İşgüzar və tələbkardılar. Çox istəyərdim ki, bütün futbolçularımıza qarşı pozitiv olsunlar. Amma azarkeşlərimə, azərbaycanlılarıma qarşı düşüncəm həmişə pozitivdi, neqativ deyil. Futbolçularımı da buna çağırıram həmişə. Hər azarkeşin şəxsi fikri, istəyi, düşüncəsi olur. Belə hallar futbolu gözəlləşdirir. Hətta bəzi komandalara, futbolçulara xarakter verir. Onların futbolçulara qarşı düşündüyü neqativ fikirlər, bizə daha da pozitiv reaksiya verir.

- "Qarabağ"da sırf mərkəz hücumçusu mövqeyinə axtarışlar gedir?
- Sırf mərkəz hücumçusu axtarsaq, dünya futbolunda az rast gələrik. İndi futbol tam fərqlidi. Hansısa komandaya sırf mərkəz hücumçusu lazımdı, hansınasa lazım deyil. Bu gün Cicadan da həmin mövqedə istifadə edirik. Juninyonu almışıq. Keytanı da o mövqedə istifadə edə bilərik. Hansısa sıxıntı olduğunu düşünmürük. Hamısı bizə uyğun futbolçulardı. Ön xətdəki oyunçulardan razıyam.

- "Qarabağ" bundan sonra transfer edəcək?
- Transfer bazarı işimizin ən vacib hissəsindən biridi. Heyətimizdə 20-25 futbolçu olsa da, yeni oyunçularla maraqlanırıq. Hər bir məşqçi istəyər ki, heyətində düşündüyü oyun tərzinə uyğun oyunçuları olsun. Buna görə daim axtarışdayıq. Bəzən aylar, illərlə gözləyirik. Biz daim transfer bazarında aktivik, daim komandaya yeni oyunçular cəlb etmək istəyirik. İndi də işlərimiz davam edir. Bir neçə futbolçu ilə danışıq gedir. Müdafiə, yarımmüdafiə, hücum xətti ola bilər. Elə futbolçular var ki, nə qədər vaxtdı onları izləyirik. Sadəcə bəzən düşünmədiyin halda transfer alınmır. 20-25 gün əvvəl bu başımıza gəldi. Futbolçunun biletini almışdıq, səhər Bakıda olmalıydı, klublar arasında razılıq olmuşdu. Ancaq sonda bu transfer alınmadı. Bizdən asılı olmayan məqamlar var ki, yoluna qoya bilmirik. Transfer axtarışındayıq. Alına da bilər, alınmaya da.

- Daxili liqada da güclü mübarizə olacağı gözlənilir, "Neftçi"də yeni nəfəs var, "Sabah"da heyətini gücləndirib...
- İddialı komandalar çoxalıb. Məncə, daha maraqlı çempionat olacaq.

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

11-07-2023, 22:0

“Futbolçular üçün oynamaq elə də asan deyildi”

Manşet / Çempionlar Liqası

18-07-2023, 20:0

"Bakıya gəzməyə gəlməmişik"

Manşet / Çempionlar Liqası

10-07-2023, 21:0

"Linkoln"u tam yaxından tanıya bilmədik"

Manşet / Çempionlar Liqası

19-07-2023, 22:0

"Futbolçularımızla qürur duyuruq"

Avropa Liqası

5-10-2022, 20:0

"Rəqibə hörmətlə yanaşırıq" - Miçel Qonzales

Aktual / Çempionlar Liqası

18-07-2023, 13:0

“Qarabağ”ın “Linkoln Red İmps”lə oyununa nə qədər bilet satılıb?

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 253
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə