“Neftçi” ilə Moskva “Spartak” arasında 1 illik memorandum imzalanıb.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı bu gün hər iki klub rəhbərliyinin iştirakı ilə imza mərasimi keçirilib. Memorandum əsasında iki klub arasında gələcəkdə bütün sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, tərəflərin əvəzedici komandalarının Bakıda matçı nəzərdə tutulub.