“Neftçi” 1 aya yaxındı Rusiyada təlim-məşq toplanışındadı.
Flaqmana hazırlığın ilkin mərhələsində İqor Getmanla Vadar Nuriyev rəhbərlik etdi. Adrian Mutu komandanın yeni baş məşqçisi təyin olunandan sonra isə onların faktiki olaraq işləri başa çatdı. Yaxşı və ya pis, “Neftçi”ni bir müddət yeni mövsümə hazırladılar.
Görəsən, onlar rumıniyalı məşqçinin gəlişindən sonra düşərgədə qalıblar, yoxsa ölkəmizə qayıdıblar? Suallarımızı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyə ünvanladıq. “Ağ-qaralar”ın rəsmisinin məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasına keçid alaq: