"Araz Naxçıvan"ın yeni loqosu - FOTO

17.07.2023 11:36 260
Premyer-liqa
Bu mövsüm premyer-liqada iştirak edəcək “Araz-Naxçıvan”ın yeni loqosu hazırlanıb.

"Football-plus.az" xəbər verir ki, klubun ənənəvi ağ-qırmızı rəngləri fonunda hazırlanan loqoda Naxçıvanın simvollarından, yamacları sıldırımlı, zirvəsi 2400 metrdən hündür olan Haça dağ, türk mifalogiyasında müqəddəs heyvan hesab olunan boz qurd, eləcə də futbolun əsas atributu – top əks olunub.

Loqoya klubun yaradılma tarixi və səkkizguşəli ulduz da həkk olunub.

"Araz Naxçıvan"ın yeni loqosu