Milimizin sabiq üzvü "Şamaxı" 1-ci liqaya yuvarlanandan sonra müqaviləsini yeniləmədi. Bir neçə gündü təcrübəli futbolçunun karyerasını bitirməsiylə bağlı xəbərlər yayılır. Hərçənd "10 nömrə" bir mövsüm də oynasaydı, ölkə futbolu tarixində ən çox oyun keçirən futbolçuların siyahısında ilk "3-lüy"ə düşə bilərdi.
Bunu nəzərə alaraq Tovuz futbol məktəbinin yetirməsi ilə əlaqə saxladıq. Elvin Məmmədov hələ yekun qərar vermədiyini söylədi:
"Hələ ki konkret qərar verməmişəm. Amma karyeramı başa vurduğum haqda xəbərlər tirajlanır. Səbəbini də bilmirəm. "Şamaxı"da qala bilərdim, amma 1-ci liqada oynamaq istəmirəm. Bir ara söz-söhbət gəzdi ki, güya "Kəpəz"ə keзirəm. Saytlarda da bu barədə oxudum. Lakin nə ciddi maraq, nə də təklif var. Buna rəğmən, inanıram ki, daha bir mövsüm futbolçu kimi yaşıl meydanda görünəcəm. Yox, alınmasa, karyeramı bitirib, məşqçiliyə başlayacam".
ABDULLA İSMAYILOĞLU





