Voleybol millimizin Universiada üçün heyəti

14.07.2023 17:32 217
İdman
Kişi voleybolçulardan ibarət millimizin Çinin Çendu şəhərində keçiriləcək 31-ci Ümumdünya Yay Universiadası üçün heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi Fərid Cəlalov yığmaya 12 oyunçu dəvət edib.

Hücumçular: Yusif Bunyatov, Aqil Ağazadə, Ruslan Əliyev, Cavid Əzimov, Sənan Dünyamalıyev
Blokçular: Əli Rüstəmov, Fərda Dəryayev, Yeqor Nikulenko, Ramazan Ağabəyov
Oyunqurucu: Roman Qurski
Liberolar: Rəşad Əliyev, Fərhat Cenkel
Baş məşqçi: Fərid Cəlalov

Qeyd edək ki, Universiada 28 iyul - 8 avqustda təşkil olunacaq.