“Sumqayıt” klubu yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək

14.07.2023 15:36 250
Premyer-liqa
“Sumqayıt” komandası 2023/2024 mövsümü üçün hazırlıqlarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, iyunun 26-dan baş məşqçi Samir Abasovun rəhbərliyi ilə məşqlərə start verən kollektiv təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.

"Sumqayıt" iyulun 27-dək Ərzurum şəhərinin “Dedeman” hotelində məskunlaşacaq.

Komandanın yoxlama oyunlarında üz-üzə gələcəyi rəqiblər hələlik bəlli deyil.