Rauf Cabarov Konfrans Liqasının oyununu idarə edəcək

13.07.2023 13:58 314
Konfrans Liqası
FIFA referisi Rauf Cabarov UEFA-dan yeni təyinat alıb.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının 1-ci təsnifat mərhələsində iyulun 20-də keçiriləcək "Vlajniya" (Albaniya) - "Linfild" (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.