Bilyard üzrə ölkə çempionatı keçiriləcək

12.07.2023 15:48 203
İdman
İyulun 15-də bilyardın “POOL-9” növü üzrə Azərbaycan çempionatına start veriləcək.

"Football-plus.az" xəbər verir ki, üç gün davam edəcək yarış "Pro Pool Station" bilyard klubunda keçiriləcək.

İyunun 23-də başlayan qeydiyyat prosesi bu gün axşam saat 22:00-da başa çatacaq. Turnirin püşkatması iyulun 14-də saat 20:00-da olacaq

Açılış mərasimi ilk yarış günündə saat 11.00-da başlayacaq.