66 yaşlı mütəxəssis uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi. Mahmudov bu gün Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, Zakir bəy karyerasını bitirdikdən sonra bir çox klublarımızda köməkçi-məşqçi çalışıb. O daha çox Yunis Hüseynovun yanında olub. Mahmudovun vəfatı ilə bağlı fikirlərini öyrənmək üçün mütəxəssislə əlaqə saxladıq. Yunis Hüseynov birgə çalışdığı məşqçi haqda “Football-plus.az”a bunları söylədi:
“Zakir müəllimin vəfatı mənə çox pis təsir etdi. Xəstə idi. Mütəmadi olaraq maraqlanırdım. Heç olmasa, 10 gündən bir danışırdım. Allah rəhmət eləsin. Mən indi yasda deyiləm. Bu gün Bakıya qayıdıram. Səhər tezdən mənə dedilər. Həqiqətən çox pis oldum. Zakir müəllim yaxşı, gözəl insan idi. Həmişə mənlə bir yerdə çalışıb. Komanda daxilində mehribanlıq yaradan insan idi. Bir daha Allah rəhmət eləsin. Ailəsinə səbr versin”.
İLKİN SULTANLI

