Baxar “Neftçi”nin darmadağını haqda nə dedi?

9.07.2023 14:09
Aktual
“PARI Premyer” kubokunda ardıcıl 2-ci qələbəsini qazanan “Srvena Zvezda”nın düşərgəsində şadyanalığın hökm sürməsi təbiidi.

“Football-plus.az” xəbər verir ki, Serbiya çempionunun çalışdırıcısı Barak Baxar “Neftçi” üzərindəki darmadağınla bağlı bunları deyib:

“Turnirdəki 2-ci oyunda da qalib gəlmək xoşdu. Yüksək pressinq sayəsində meydanda hadisələrin axarına nəzarət etdik. İstədiyimizi etdik və qalib gəldik, bu üzdən razıyam. Hədəfimiz budu ki, oyundan-oyuna tərəqqi edək, bunun üzərində çalışırıq. Sevinirəm ki, bu gün qapıçılarımız işsiz qaldı”.