"Neftçi"nin kapitanı Emin Mahmudov "PARİ Premyer Kuboku"nda "Srvena Zvezda"ya məğlubiyyətdən (0:4) sonra müsahibə verib.
"Football-plus.az" saytı olaraq onun rusiyalı həmkarımıza söylədiklərini müəyyən ixtisarla diqqətinizə çatdırırıq.
* "Srvena Zvezda”ya qarşı oyunumuz alınmadı. Çünki rəqib çox aqressiv və sürətli idi. Biz də sadə top itkilərinə yol verdik. Nəticədə rəqib əks-hücumlara çıxırdı. Onların topa nəzarəti də daha yaxşı idi. Bizim üçün müsbət məqam odu ki, fiziki hazırlığı artırdıq.
* “Srvena Zvezda” ilə oynayanda komanda ilə məşq etməyimin yalınız üçüncü günü idi. Bir az çətin oldu. Amma məşq edir, formamı saxlamağa çalışırdım. Təbii ki, daha çox "artırmaq" lazımdı. 45 dəqiqə oynadım, amma yaxşı vəziyyətdə olmaq üçün hələ çox çalışmalıyıq.
* Turnir yaxşıdı. Təəssüf ki, heç də hazır olmadan gəldik, hələ də baş məşqçimiz yoxdu. Bu üzdən psixoloji və fiziki cəhətdən bir az çətindi. Ümid edirəm ki, hər şey tezliklə həll olunacaq və daha yaxşı oynayacağıq. Təşkilatçılığa gəlincə, hər şey qaydasındadı. Düzdü, “Qazprom Arena”da daha çox matç olmasını istərdim (gülür). Allah eləsin ki, belə turnirlər daha çox olsun.