"Football-plus.az" saytının məlumatına görə, mütəxəssis Serbiya çempionu ilə oyunda istədiklərini görə bilmədiyini deyib:
"İlk hissəni çox uğursuz keçirdik. Tapşırıqlar yerinə yetirilməsi. Bununla məşğul olacağıq. İkinci hissədə isə oyunu bir qədər bərabərləşdirdik. Müsbət məqamlar olsa da, mənfilər daha çoxdu. Xüsusilə ilk 45 dəqiqə ilə bağlı. Futbolçularımızın çoxu millilərdə idi. Bu üzdən hamısından 90 dəqiqə istifadə edə bilmədik. Əlbəttə, nəticədən razı deyilik”.
Mütəxəssis zədələnən Emil Balayevin durumuna da toxunub::
“MRT-dən sonra onun hansı müddətə sıradan çıxdığı dəqiqləşəcək”.




