"Football-plus.az" xəbər verir ki, 52 yaşlı mütəxəssis iştirak edəcəkləri "Match TV" kubokunun komanda üçün faydalı olacağını bildirib:
"Bu turnir hazırlığın bir hissəsidi. Çünki, bizi çox çətin mövsüm gözləyir. Tapşırıqlar böyükdü. Özü də bu turnir bizim üçün çox prestijlidi. Avrokuboklar və çempionat öncəsi belə güclü rəqiblərlə qarşılaşmaq və gücümüzü sınamaq imkanımız olacaq".
"Neftçi" "Matç TV" turnirində iyulun 1-də "Zenit", 8-də "Srvena Zvezda", 15-də isə "Fənərbağça" ilə qarşılaşacaq.






