MBA klublarından “San-Antonio”nun debütantı Viktor Bembanyamanın mühafizəçisi müğənni Britni Spirsi vurub.
“Football-plus.az” xəbər verir ki, insident Las-Veqasda baş verib. 19 yaşlı fransalı ulduza yaxınlaşan ünlü müğənni onun çiyninə toxunmaq istəyib.
Basketbolçunu müşayiət edən mühafizəçilərdən biri dərhal Spirsi əlinin arxa hissəsi ilə vurub, müğənni yıxılıb.
Təhlükəsizlik xidmətinin təmsilçisi kimi vurduqlarını anlayan kimi üzr istəyib. Bununla belə, Spirsin komandası polisə şikayət ərizəsi verməyə hazırlaşır.