Uilli və Xuan Ernanqomes basketbolçu qardaşları “Barselona”nın heyətində birləşə bilər.
“Football-plus.az” xəbər verir ki, Uilli Kataloniya klubunun təklifini qəbul edib, Xuan isə hələ düşünür. O, keçiddən imtina etsə, “Barselona” Lük Sikmanı almağa çalışacaq. Uilli Ernanqomesə sahiblik hüququ İspaniyada “Real”a məxsusdu.
Madrid klubu iyulun 12-nə qədər onu saxlayacağına, yoxsa “Barsa”ya verəcəyinə dair mövqeyini qətiləşdirməlidi. Xuan isə fevraldan – “Toronto”dn ayrılandan bəri komandasız qalıb.