"Barselona" "Vilyareal"ın futbolçusu ilə razılaşdı

19.08.2022 13:50 418
Dünya futbolu
"Barselona" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Kataloniya klubu "Vilyarreal"dan Xuan Foitlə razılaşıb. "Barselona"nın 24 yaşlı müdafiəçiyə görə 42 milyon avro ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Foit 2021-ci ildən "Vilyarreal"da oynayır.