2-ci Liqanın başlanma tarixi müəyyənləşib.
"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarış sentyabrın 4-də start götürəcək. İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində keçiriləcək.
AFFA İcraiyyə Komitəsi tərəfindən iyunun 16-da verilən qərara uyğun olaraq, 1-ci və 2-ci Liqada çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.
2-ci Liqada futbolçuların qeydiyyatı və sifarişi iki rəsmi transfer dövründə həyata keçiriləcək. Yay transfer dövrü 15.07.2023 – 30.09.2023, saat 23.59; qış transfer dövrü 25.02.2024 – 31.03.2024, saat 23.59 tarixlərini əhatə edəcək.
2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların ölkə kuboku yarışlarında iştirakı nəzərdə tutulur.