Gimnastlarımız İtaliyadakı turnirə yollanıblar

5.07.2023 15:15 197
İdman
Akrobatika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri iyulun 7-də İtaliyada start götürəcək “Turin Acro Cup” turnirində mübarizə aparacaqlar.

"Football-plus.az" xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Nəzrin Zeyniyeva, Aynur Yusufova, Lalə Hüseynovadan ibarət qadın qrupu 9-cu dəfə təşkil olunacaq beynəlxalq yarış üçün Turin şəhərinə yola düşüb.

Qeyd edək ki, turnir iyulun 9-dək davam edəcək.