Gimnastlarımız Portuqaliyada qızıl medal qazandılar

13.03.2023 11:03 224
İdman
Azərbaycan təmsilçiləri Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda qızıl medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında birinci yerə layiq görülüb.

Qeyd edək ki, idmançılar ötən il eyni yarışda bürünc medala sahib çıxıblar.