Azərbaycan gimnastları Portuqaliyada 2 medal qazanıb

16.05.2022 22:53 425
İdman
Azərbaycan gimnastları Portuqaliyanın Maya şəhərindəki akrobatika gimnastikası üzrə Dünya Kubokunda 2 bürünc medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, yarışda ölkəni təmsil edən Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət cütlük qarışıq hərəkətlər proqramında 3-cü yeri tutublar.

Analoji uğura Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlük də imza atıb.