"Qəbələ"nin futbolçusu vətəninə qayıdıb

21.05.2023 11:51 343
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 34-cü turunda baş tutan "Qəbələ" - "Turan Tovuz" qarşılaşmasının 19-cu dəqiqəsində meydan sahiblərinin heyətində Feras Abu Akal zədələnərək əvəzləndi.

Futbolçunun vəziyyəti necədi? O, "Şamaxı" ilə səfər oyununda komandasına kömək edə biləcək? "Football-plus.az saytı olaraq bu sualları aydınlaşdırmaq üçün "Qəbələ"nin sözçüsü Anar Hacıyevdən detallı məlumat öyrəndik:

"Akal üçün mövsüm başa çatıb. O, artıq vətəni İsraildədi. Futbolçumuz orda təkrar müayinə edilib əməliyyat olunacaq".


ABDULLA İSMAYILOĞLU