Polşada 3-cü Avropa Oyunları keçirilir.
"Football-plus.az" xəbər verir ki, bu gün kikboksinq yarışlarının final döyüşləri keçirilir. Təmsilçimiz Fərid Ağamoğlanov həlledici qarşılaşmaya çıxıb. O, kişilərin full kontakt növündə 63,5 kq çəkidə italiyalı Damiano Tramontana ilə döyüşüb. 3:0 hesablı qələbə qazanan idmançımız qızıl medalın sahibi olub.