Fərid finalda!

1.07.2023 14:33 227
İdman
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, 63.5 kq-da mübarizə aparan idmançı finala gedən yolda norveçli Milton Ameriko Barrios Qalaretta ilə qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov həlledici döyüşə vəsiqə qazanıb.

Qeyd edək ki, final qarşılaşması iyulun 2-də olacaq.