Çimərlik futbolu yığmamız 5-ci yeri tutub

1.07.2023 18:35 230
İdman
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında çıxışını başa vurub.

"Football-plus.az" xəbər verir ki, yığma 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.

Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.