Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında növbəti matçını keçirib.
"Football-plus.az" xəbər verir ki, 5-8-ci yerlər uğrunda görüşdə Ukrayna seçməsi ilə qarşılaşan yığma 7:6 hesablı qələbə qazanıb. Komandanın heyətində qolları Amid Nəzərov (3), Elşad Manafov (2), Orxan Məmmədov və İsa Zeynallı vurublar.
Qeyd edək ki, Azərbaycan iyulun 1-də Moldova ilə 5-ci yer uğrunda matça çıxacaq.