Britaniyanın “Hitech GP” komandası 2026 mövsümündən etibarən “Formula-1” yarışlarında çıxış etmək üçün sifariş ərizəsi verib. Komanda artıq “Formula-2”, “Formula-3” və “Formula-4” çempionatlarında təmsil olunur.
“Football-plus.az” xəbər verir ki, “HitechGP” şirkətinin səhmlər paketinə nəzarət əvvəllər rusiyalı Dmitri Mazepinə məxsus idi, ancaq o, komandanı indiki sahibi Oliver Ouksa satıb.
Qazaxıstandan olan biznesmen Vladimir Kim də səhmlərin 25 faizinə malikdi.