İlkay Gündoğan artıq “Barselona”nın oyunçusudu.
“Football-plus.az” xəbər verir ki, İspaniya klubunun rəsmi saytı almaniyalı yarımmüdafiəçinin keçidini rəsmən elan edib. Türk futbolçu ilə “2+1 il”lik müqavilə imzalanıb. 32 yaşlı İlkayın sərbəst qalma dəyəri 400 milyon avro müəyyən edilib.
Qeyd edək ki, “Mançester Siti” ilə müqaviləsi iyunun 30-da qüvvədən düşəcək Gündoğan yeni klubuna havayı başa gələb. İngiltərə klubuna 2016-cı ildə Dortmund “Borussiya”sından keçən futbolçu ötən mövsüm mavi formada keçirdiyi 51 oyunda 11 qol vurub və 6 məhsuldar ötürmə edib.