Orxan Məmmədov Türkiyə və Rusiya klublarının rəhbərliyi ilə görüşüb

25.06.2023 16:30 270
Premyer-liqa
“Zirə”nin Müşahidə Şurasının sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu və Rusiyanın “Rubin” klubunun direktoru Şamil Xusnutdinovla görüşüb.

"Football-plus.az" xəbər verir ki, hər iki klub rəhbəri ilə görüşdə futbolla bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin yeni layihələr və klublar arasında əməkdaşlıq perspektivləri də müzakirə edilib.