"Zirə" Peşəkar Futbol Klubunda Müşahidə Şurası yaradılıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda klubun rəsmi "feysbuk" hesabında məlumat verilib.
Məlumatda bildirilir:
"Zirə" PFK-da idarəçiliyin daha da təkmilləşdirilməsi və görüləcək işlərlə bağlı klubdaxili iclas keçirilib. İclasda bir sıra mühüm məsələlər müzakirə olunub və klubun Müşahidə Şurasının yaradılması haqqında qərar qəbul edilib. "Zirə" PFK-nın fəxri prezidenti Orxan Məmmədov klubun Müşahidə Şurasının sədri seçilib. “AzFar Group” şirkətinin maliyyə direktoru Qabil Abdullayev, “Santral Elektrik” QSC-nin təsisçisi Fuad Rzayev, “Azərenerj” ASC-nin maliyyə departamentinin direktor müavini Fərid Cəfərov, veteran futbolçu Zaur Həşimov isə Müşahidə Şurasına üzv seçiliblər".