“Alanyaspor”un prezidenti "Qarabağ"da - FOTOLAR

24.05.2022 19:05 522
Ölkə futbolu
Türkiyənin “Alanyaspor” klubunun prezidenti Hasan Çavuşoğlu "Qarabağ"ı ziyarət edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytı məlumat yayıb. Çavuşoğlu klubun bazasında baş məşqçi Qurban Qurbanov və komanda üzvləri görüşüb. "Qarabağ"ın idarə heyətinin üzvü Fevzihan Aras, direktoru Emrah Çelikel və meneceri Asif Əsgərov Hasan Çavuşoğluna klubu ziyarət etdiyi üçün təşəkkür edib. Görüşdə klublar arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Çavuşoğluna “Qarabağ”ın forması hədiyyə olunub.