Allahverdiyevdən qələbə, Rəhimova və Dominges uduzub

24.06.2023 22:14 198
İdman
Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəyə başlayan Azərbaycan boksçusu Alfonso Dominges ilk görüşdəcə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, 92 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yan Zakla qarşılaşıb.

Rəqibinə 1:4 (28:27, 27:28, 27:28, 27:28, 26:29) hesabı ilə uduzan Dominges mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, Azərbaycan boksçularından Malik Həsənov (63,5 kq) və Murad Allahverdiyev (80 kq) Avropa Oyunlarına qələbə ilə başlayıb.