İki boksçumuz bu gün dünya çempionatında finala yüksələ bilər

12.05.2023 12:27 346
İdman
Bu gün Azərbaycanın iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.

Dominges həlledici qarşılaşmaya vəsiqə uğrunda Georgi Kuşitaşvili (Gürcüstan) üz-üzə gələcək. Abdullayev bu raundda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər.