"Football-plus az" olaraq bunun nə dərəcədə həqiqəti əks etdirdiyini bilmək üçün Viidadi bəylə əlaqə saxladıq:
"Kazbek müəllim futbolumuzda iz qoyan və ağırlığı olan biridi. Bəli, onunla belə bir layihəmiz var. Amma sentyabrda mütləq məktəbi açacağımız dəqiqləşməyib. Binəqədidə boş ərazimiz var. Orda hələ nə meydança, nə infrastruktur, nə də başqa zəruri obyektlər tikilib. Bütün bunları da sentyabra qədər çatdırmağımız inandırıcı deyil. İstənilən halda, belə bir layihə var və bunu gec-tez həyata keçirəcəm. Kazbek Tuayev də futbolumuzun ağsaqqalı kimi yaradacağımız məktəbin direktoru olacaq".
ABDULLA İSMAYILOĞLU




